Pinterest nedir?
Pinterest – istifadəçilərin maraqlarına, ideyalarına və yaradıcılıqlarına uyğun vizual kontentlər paylaşdığı və kəşf etdiyi bir platformadır. 2010-cu ildə yaradılan bu platforma günümüzdə milyardlarla pinlə dünyanın ən böyük vizual axtarış motorlarından biridir.
Pinterest platformasının istifadə məqsədləri
Pinterest sadəcə şəkil paylaşılan deyil, yeni ideyaların tapıldığı, ilham alınan bir platformadır. Burada istifadəçilər “pin” adlandırılan şəkil və ya videonun öz lövhələrində qruplaşdırırlar. Məsələn, geyim kombinləri, marketinq ideyaları, ev dekoru, sağlam qidalanma və s.
Göründüyü kimi Pinterest həm şəxsi, həm də peşəkar məqsədlər üçün güclü vasitədir. Ümumilikdə, Pinterest trafik gətirən bir sosial media olmaqla yanaşı, həm də ilham mənbəyi olan axtarış motorudur.
Pinterest nedir və istifadə qaydaları
Pinterestin iş prinsipi vizual axtarışa əsaslanır. İstifadəçinin yazdığı açar sözə, hətta nümunə vizuala əsasən şəkil, video və infoqrafik axtarış nəticələri təqdim olunur. Həm şəxsi, həm də biznes profili açmaq mümkündür. Platformada 3 vacib anlayış var: pin, boards, smart feed.
Pinlər
Hər bir pin foto və ya video formatında olan paylaşımdır. Pinə klik etdikdə istifadəçinin vebsaytına yönləndirilə bilərsiniz. Bu əsasən, vebsaytın trafikini artırmaq məqsədilə istifadə olunur.
Boards (lövhələr)
Pinləri məzmununa görə lövhələrdə qruplaşdırmaq mümkündür. Bu zaman lövhəniz üçün Pinterestin tövsiyyə etdiyi adı seçə və ya özünüz adlandıra bilərsiniz. Məsələn, mobil çəkiliş ideyaları, geyim trendləri 2025, gediləcək yerlər və s.
Smart feed
Smart feed Pinterestə daxil olduqda bizi qarşılayan səhifədir. Alqoritm istifadəçinin maraqlarına, keçmiş axtarışlarına əsasən diqqətini cəlb edəcək kontenti təqdim edir.

Pinterestdə uğurlu olmaq üçün istifadə qaydaları
Pinterestdə uğur qazanmaq üçün hər platformada olduğu kimi davamlılıq vacibdir. Bu məqsədlə aylıq kontent plan yazmaq və hədəf auditoriyanın maraqlarına uyğun strategiya qurmaq lazımdır. Həftədə ən az 3-4 pin paylaşılması davamlılıq baxımından faydalıdır.
Analitik göstəricilər izlənilərək ən çox və ən az baxış alan pinlər təhlil olunmalıdır. Müxtəlif dizayn alətlərindən istifadə etməklə vizualları təkmilləşdirmək olar. Həmçinin, Pinterestin SEO qaydalarına riayət etmək sizi önə çıxaracaq.
Pinterest SEO üçün vacib qaydalar
Pinterestin özünəməxsus axtarış mexanizmi var. Bu mexanizm açar sözlərə əsaslanır. Həmçinin, hər hansı bir foto ilə axtarış etmək mümkündür. Pinterest axtarışlarında ön sırada olmaq üçün profil adında və bioqrafiyada açar sözlərdən istifadə edin. Lövhələrin adlarını mövzuya uyğun seçin.
Hər pinin təsvir mətnində pinlə bağlı açar sözlərdən ibarət 1-2 cümlə yazın. Şəkillərin adlarını da SEO-ya uyğun seçin. Yüksək keyfiyyətli və uzunmüddətli dəyər yaradan pinlər paylaşmağa üstünlük verin.
Pinterestdən gəlir qazanmaq və bizneslər üçün faydaları
Pinterestdən həm şəxslər, həm də markalar üçün gəlir gətirən, satışa yönləndirən bir vasitə kimi istifadə etmək mümkündür. Hər bir pin keçidə malik ola bilər. Bu sayədə istifadəçi linkə klik etdikdə saytınızın orqanik trafikini artıracaq.
Həmçinin vizuallarla brend bilinirliyinizi artırmaq, yadda qalan olmaq, maraqlandığı məhsulu araşdırmağa gələn istifadəçini satışa yönləndirmək, vebsaytınızın backlink mənbəyi kimi istifadə etmək mümkündür.
Affilate marketinqlə pinterestdən gəlir əldə etmək
Pinterestdə affiliate linklər paylaşmaq mümkündür. Məsələn, geyim, texnologiya və ya kosmetika məhsullarını təqdim edən pinlərə həmin məhsulun satış linkini əlavə edə bilərsiniz. İstifadəçi həmin linkə klik edib məhsulu aldıqda, siz komissiya qazanırsınız. Bu üsul bloqerlər və kontent yaradıcıları üçün ən populyar gəlir formalarından biridir.
Satışları artırmaq
Əgər vebsaytınız və ya onlayn mağazanız varsa, Pinterest vasitəsilə məhsul səhifələrinizə keçid verə bilərsiniz. Doğru açar sözlər və cəlbedici dizaynla yaradılmış pinlər sayta orqanik trafik gətirir. Bu da satış ehtimalını artırır.
Pinterest istifadəçilərinin 80%-dən çoxu platformadan məhsul almaq niyyəti ilə istifadə etdiyinə görə, bu auditoriya olduqca dəyərlidir.
Pinterest reklamları
Pinterest həm də reklam platforması kimi fəaliyyət göstərir. “Promoted Pins” (təsdiqlənmiş pinlər) vasitəsilə markalar öz məhsullarını daha geniş auditoriyaya çatdıra bilir.
Reklamlar axtarış nəticələrində, ana səhifədə və əlaqəli pinlər arasında görünür. Bu da həm trafiki artırır, həm də satış miqdarını yüksəldir.
Kontent yaradıcıları üçün əməkdaşlıq imkanları
Pinterest 2024-dən etibarən “Creator Rewards” və “Brand Partnerships” proqramlarını aktivləşdirib. Bu, yaradıcı insanlara markalarla işləmək, öz pinləri üzərindən sponsorlu postlar paylaşmaq və birbaşa gəlir qazanmaq imkanı verir.
Pinterest həm şəxsi brend, həm də şirkətlər üçün gizli gücə malik satış platformasıdır.
Doğru açar sözlər, diqqətçəkən vizuallar və strateji paylaşım planı ilə Pinterest üzərindən trafik, müştəri və gəlir əldə etmək tamamilə mümkündür
Pinterest marketinq
Pinterest marketinq — markaların, şirkətlərin və fərdi sahibkarların Pinterest platformasından istifadə edərək məhsul və ya xidmətlərini tanıtmaq, trafik cəlb etmək və satışları artırmaq üçün gördükləri strategiyaların ümumi adıdır.
Pinterest təkcə şəkil paylaşmaq yeri deyil, həm də vizual axtarış motoru olduğu üçün burada paylaşdığınız hər pin, əslində, reklam potensialı olan kontentdir.
Məqsəd – istifadəçilərin diqqətini vizuallar ilə cəlb edib onları sayta yönləndirmək və ya brend haqqında məlumatlandırmaqdır. Pinterest marketinq strategiyaları bir neçə əsas hədəfə xidmət edir:
- Orqanik trafik artırmaq – pinlər vasitəsilə sayta keçidlər yaratmaq;
- Brend tanınırlığını gücləndirmək – estetik və vizual kontentlə auditoriyanın yadında qalmaq;
- Məhsul və xidmətləri tanıtmaq – pinlərdə satış linkləri yerləşdirməklə dönüşləri artırmaq;
- Auditoriyanın maraqlarını öyrənmək – Pinterest Analytics vasitəsilə hansı mövzuların daha çox diqqət çəkdiyini izləmək.
Pinterest marketinqin əsas alətləri
Pinterest platforması marketoloqlara bir sıra alətlər təqdim edir:
- Pinterest Business Account – biznes profili yaradaraq analitiklərə və reklam alətlərinə çıxış əldə edilir;
- Pinterest Ads (Promoted Pins) – ödənişli reklam formatıdır. Pinlərin daha çox insana göstərilməsini təmin edir;
- Rich Pins – məhsul, resept və ya məqalə kimi pinlərin avtomatik məlumat yeniləməsini təmin edir;
- Pinterest Analytics – paylaşımların baxış sayı, klik və saxlama göstəricilərini izləməyə imkan verir.
Pinterest nedir marketinq strategiyası necə qurulur?
- Açar söz araşdırması aparmaq — Pinterestdə istifadəçilərin nələri axtardığını öyrənmək və pinlərdə həmin sözləri istifadə etmək;
- Vizual brend kimliyi formalaşdırmaq — pinlərdə eyni rəng palitrası və yazı stili saxlamaq;
- Davamlı paylaşım planı qurmaq — həftəlik və ya aylıq pin planı ilə aktiv qalmaq;
- Analitik nəticələrə əsasən optimizasiya etmək — hansı pinlər daha çox baxış və klik alırsa, onların oxşarını yaratmaq.
Pinterest marketinqin üstünlükləri
Pinterestdə məqsəd “baxmaq” deyil, tapmaq və saxlamaqdır.
Instagramda paylaşımlar daha çox “anı” paylaşmağa xidmət edir,
amma Pinterest-də paylaşılan kontent dəyər və ideya ötürür.
Bu səbəbdən Pinterest marketinq davamlı nəticə gətirən strategiyadır — pinlər illərlə baxış ala bilər.
Pinterest marketinq — vizual kontentin gücünü istifadə edərək markanı tanıtmaq və satışa yönləndirmək üsuludur.
Doğru açar sözlər, cəlbedici dizayn və aktivliklə Pinterest sosial media və SEO strategiyalarını birləşdirən unikal bir kanala çevrilir. Pinterest nedir ilə bağlı ətraflı məlumat almaq üçün Sosial Media Statistikası və Pinterest nedir? yazılarımıza nəzər yetirə bilərsiniz.
Niyə Hamı Pinterest-dən İlham Alır?
Pinterest nedir sualının cavabı sadədir: bu platforma ilham tapmaq üçün yaradılmış vizual axtarış məkanıdır. İstifadəçilər burada geyim, dizayn, yemək və həyat tərzi ilə bağlı saysız-hesabsız ideyalar kəşf edir. Məhz buna görə də hamı Pinterest-dən ilham alır — çünki hər pin yeni bir fikrin başlanğıcıdır.
Pinterest haqqında Tez-tez Verilən Suallar (FAQ)
1. Pinterest nedir?
Şəkil və ideya paylaşma platformasıdır.
2. Necə işləyir?
İdeyaları “pin” edib lövhələrdə saxlayırsan.
3. Pulsuzdurmu?
Bəli, tamamilə pulsuzdur.
4. Bizneslər üçün nə verir?
Reklam və sayta trafik imkanı yaradır.
5. SEO üçün faydalıdırmı?
Bəli, düzgün açar sözlərlə çox faydalıdır.
6. Harada istifadə olunur?
Mobil tətbiqdə və veb saytda.
7. Necə izləyici qazanmaq olar?
Müntəzəm və keyfiyyətli paylaşımla.